2375
Aktual 21 oktyabr — 16:44

Hacıbala Abutalıbov da vəzifəsindən çıxarıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.

Virtualaz.org-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

*   *   *16:36

Prezident İlham Əliyevin bu gün imzaladığı digər fərmanla baş nazirin daha bir müavini, Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov da vəzifəsindən çıxarılıb. Bu barədə sərəncamı prezidentin rəsmi saytı dərc edib.

Xatırladaq ki, Azərbaycanda bu günlərdə yeni baş nazir təyin edilib, prezidentin köməkçisi vəzifəsini tutan Əli Əsədov bu vəzifəyə təyinat alıb.

Virtualaz.org

Xəbərlər