639
Aktual 17 oktyabr — 21:44

“Barış bulağı”: 8 gündə 702 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi “Barış bulağı” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı artıb.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat başlayandan indiyədək 702 PKK / PYD-YPG terrorçusu zərərsizləşdirilib. Hazırda antiterror əməliyyatları uğurla davam etdirilir.

Qeyd edək ki, Türkiyə Ordusu Suriyanın şimalında “Barış bulağı” əməliyyatına oktyabrın 9-da başlayıb.

Xəbərlər