1607
Aktual 13 oktyabr — 17:26

“Müharibə ərəfəsində olan ölkənin hərbi büdcəsində cəmi 0.8 faiz artım...”

Ermənistanın yeni hakimiyyəti hərbi xərcləri artıraraq Azərbaycanla bu sahədə ayaqlaşmağa çalışır, amma baş tutmur.

Virtualaz.org xəbər verir ki, Ermənistanın 2020-ci il üçün büdcəsində hərbi xərclərin cəmi 0.8 faizlik artım nəzərdə tutulub. Bu il ölkə hərbi xərclərə 303 milyard dram (təxminən 634 milyon dollar) nəzərdə tutulmuşdusa gələn il həmin rəqəm 305 milyard dram (638 milyon dollar) təşkil edəcək.

Ehtiyatda olan polkovnik Vladimir Ovanesyan hesab edir ki, Ermənistan Azərbaycanla müharibə ərəfəsindədir və belə vəziyyətdə hərbi büdcənin cəmi 0.8 faiz artımı yolverilməzdir. O, müqayisə üçün qeyd edib ki, Azərbaycan 2020-ci ildə hərbi xərcləri 10 faiz artırmağa hazırlaşır.

Polkovnik Ovanesyan əlavə edir ki, inflyasiyanı nəzərə alanda həmin 0.8 faizlik artım əslində artım deyil, hərbi xərclər inflyasiyaya görə bu ilkinə nisbətən azalacaq.

Ovanisyanın bildirdiyinə görə, Ermənistan Müdafiə Nazirliyinə ayrılan vəsaitin 75 faizi maaşlara, kommunal xərclərə və digər məcburi ödənişlərə sərf olunur. Qalan hissəsinə isə hərbi ehtiyaclar üçün nələrsə alına bilər. Üstəlik bu zaman korrupsiyaya yol verilir, onsuz da az olan vəsait bir tərəfdən də mənimsənilir.

Virtualaz.org

Xəbərlər