425
Aktual 13 oktyabr — 12:38

Prezident və xanımı dünya çempionu Aydın Süleymanlını təbrik etdilər

Azərbaycan Prezidenti İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib.

Virtualaz.org bildirir ki, təbrikdə deyilir:

"Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

Birinci vitse-prezident Mehriban Əliyeva da sosial şəbəkə vasitəsilə Aydın Süleymanlıya təbriklərini çatdırıb.

Virtualaz.org bildirir ki, Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində edilən paylaşımda deyilir: “Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər. Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!”

Xəbərlər