442
Aktual 11 oktyabr — 23:41

İlham Əliyev MDB sammitində "Molotov kokteyli" və Xalq Cəbhəsinin idarəçiliyi haqda

MDB Dövlət Başçılarının məhdud tərkibdə sammitindəki nitqində Azərbaycan Prezidenti İlham Əliyev həmkarlarına Azərbaycan akademiki Yusif Məmmədəliyevin Böyük Vətən müharibəsi illərində bənzərsiz ixtirasını xatırladıb.

Virtualaz.org bildirir ki, İ.Əliyev deyib: “Azərbaycan elminin nümayəndələri ümumi qələbəmizə sanballı töhfə veriblər. Məsələn, böyük Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan “Molotov kokteyli” kimi məşhurlaşmış yandırıcı maye ixtira etmişdi. Bu barədə çox adam bilmir, lakin bu, həqiqətdir. Bakının zavodlarında gecə-gündüz istehsal edilən məşhur “Katyuşa” raketləri və digər silahlar düşməni dəhşətə salmışdı.

Müharibədə həlak olanların xatirəsini Azərbaycanda ehtiramla yad edir, müharibə veteranlarına böyük qayğı göstərirlər. Oyuncaq, satqın, xalqa zidd, biabırçı Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu 1992-1993-cü illərdə 9 May bayramı ləğv edilmişdi, müharibə veteranları isə alçaldılmağa və təhqirlərə məruz qalırdılar. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun ilk qərarlarından biri 9 May - Qələbə Gününün bərpa edilməsi oldu. O vaxtdan təqvimdə qırmızı rənglə qeyd olunan bu gün qeyri-iş günüdür və milli bayram kimi qeyd edilir”.

Xəbərlər