371
Aktual 11 oktyabr — 14:32

“Barış bulağı”: Suriyada 342 terrorçu məhv edilib

““Barış bulağı” antiterror əməliyyatı nəticəsində indiyədək 342 terrorçu zərərsizləşdirilib”.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Əməliyyat planlaşdırdığmız kimi uğurla davam edir”, - deyə nazir vurğulayıb.

*   *   *10:29

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış bulağı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının daha 49 silahlısı məhv edilib.

Virtualaz.org bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da zərərsizləşdirilən terrorçuların sayı 277-yə çatıb.

Xəbərlər