619
Aktual 23 sentyabr — 11:31

Rusiya ordusunun uğursuz desant əməliyyatı: iki BMD bu hala düşdü

Rusiyanın Çin, Hindistan, Qazaxıstan və Qırğızıstanla birlikdə keçirdiyi “Mərkəz-2019” irimiqyaslı təlimləri zamanı iki zirehli maşının sıradan çıxması ilə nəticələnən insident baş verib. Virtualaz.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı qısa məlumata görə havadan desant atılması əməliyyatı zamanı desantçıların iki zirehli maşını (BMD) “zədələnib”. İtki olmayıb, çünki zirehli maşınlar heyət üzvləri olmadan atılmışdı.

Daha sonra internetdə uğursuz desant əməliyyatının görüntüləri yayılıb. Kadrlara əsasən İl-76 hərbi-nəqliyyat təyyarəsi bir neçə min metr yüksəklikdən desantçıların döyüş maşınını atır, amma paraşütlər açılmır və BMD-lər yerə dəyərək parçalanır. Kadrlardan görünür ki, maşınlardan biri tamamilə metal yığınına çevrilib, digəri isə güclü zədələnib və yararsız hala düşüb.

Sosial şəbəkələrdə daha sonra dağılmış zirehli texnikanın fotoları da yayılıb.

Virtualaz.org

Xəbərlər