1371
Aktual 20 sentyabr — 21:00

Fuad Qəhrəmanlı istefa verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib.

Virtualaz.org xəbər verir ki, o, bu barədə Feysbuk hesabında yazıb.

Qeyd edək ki, bundan öncə F. Qəhrəmanlının qızı Selcan Yağmur #MeToo sosial kampaniyası çərçivəsində atasını sadizmdə və davamlı şəkildə zorakılıqla günahlandırmışdı. Qızı ailə problemlərini Feysbuk vasitəsilə paylaşmışdı.

S. Yağmurun sözlərinə görə, Fuad Qəhrəmanlı ictimaiyyətdə insan hüquqları haqqında danışmağı sevir, lakin evə gələndə əsl sadistə çevrilir. O iddia edir ki, atası bir dəfə anasının barmaqlarını, onun isə dizini qırıb. Anasının boşanma üçün ərizə verməməsinin səbəblərinə toxunan qız, Zümrüd Yağmurun (anası- red.) Fuad Qəhrəmanlı ilə ortaq dostları tərəfindən mənəvi təzyiqə məruz qaldığını qeyd edib.

Xəbərlər