675
Aktual 20 sentyabr — 19:23

Yerevan yeni oyuna başladı

Saxlanılan məhbusların mübadiləsi məsələsi ilə bağlı Yerevanda növbəti bir oyun başlayıb.

Virtualaz.org-un daha əvvəl xəbər verdiyi kimi, Ermənistanın müdafiə naziri David Tonoyan iki erməni əsirini iki azərbaycanlı girov müqabilində dəyişdirmək barədə Azərbaycanın təklifinin qəbul olunacağının mümkünlüyünü bəyan etmişdi.

Azərbaycanın əsir, itkin və girov düşmüş vətəndaşların işləri üzrə Dövlət Komissiyası dünən xəbər yaymışdı ki, sentyabrın 11-də beynəlxalq təşkilatlara Dağlıq Qarabağda girov saxlanılan Dilqəm Əsgərovla Şahbaz Quliyevin Azərbaycanda saxlanılan Karen Kazaryan və Araik Kazaryanla dəyişdirilməsinə hazır olduqları ilə bağlı müraciət göndərilib.

David Tonoyan yuxarıdakı fikri deyərkən onu da vurğulamışdı ki, bununla bağlı qərar Qarabağ separatçıları tərəfindən verilməlidir. “Mən mübadilə imkanını istisna etmirəm, lakin bu, Dağlıq Qarabağın suveren qərarıdır”, -deyə o əlavə etmişdi.

Bunun ardınca ortaya Qarabağ separatçılarının bəyanatı çıxdı. Belə ki, Qarabağ separatçıları liderinin mətbuat katibi David Babayan Dilqəm Əsgərov və Şahbaz Quliyevin, ehtiyat edərək ki, onlardan "qəhrəman düzəldəcəklər", sərbəst buraxılmasının əleyhinə olduqlarını bildirib.

Çox güman ki, əsirlərin mübadiləsi üzrə Azərbaycanın təklifi üzərində Yerevanda yenə ucuz piar-oyunu başlayıblar. Çünki hamı Qarabağ separatçı rejiminin kukla olduğunu və birbaşa Yerevandan idarə olunduğunu bilir.

Ermənistan isə bir daha Qarabağ separatçılarının "müstəqilliyini" göstərməyə çalışır, hansı ki, guya öz fikrinə sahib ola bilər...

Virtualaz.org

Xəbərlər