1520
Aktual 18 sentyabr — 15:30

Ermənistan Polisinin rəisi istefaya göndərildi

Baş nazir Nikol Paşinyan Ermənistan Polisinin rəisi Valeri Osipyanın tutduğu vəzifədən azad edilməsi ilə bağlı ölkə prezidentinə vəsatət təqdim edib.

Virtualaz.org “Sputnik Ermənistan”a istinadən bildirir ki, sentyabrın 18-də ölkə prezidenti Armen Sarkisyan baş nazirin vəsatətini nəzərə alaraq Valeri Osipyanın Ermənistan Polisinin rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam imzalayıb.

Bəzi erməni KİV-lərinin yazdığına görə, istefa qərarı Təhlükəsizlik Şurasının baş nazir Nikol Paşinyanın başçılığı ilə keçirilən iclasından sonra verilib.

*   *   *12.17

Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Polis rəisi Valeri Osipyanın baş nazir Nikol Paşinyanla Təhlükəsizlik Şurasının iclasında mübahisədən sonra istefa ərizəsi yazdığını təkzib edib. Mirzoyan jurnalistlərə bildirib ki, Təhlükəsizlik Şurasının iclasında Amulsaran qızıl yatağına gedən yolun fəallar tərəfindən bağlanması müzakirə olunmayıb. Nəticədə yolun açılması məsələsinə görə mübahisə yarana bilməzdi. “Təhlükəsizlik Şurasının iclasında nələrin müzakirə edilməli olduğu dəqiq müəyyən edilib. Bu mövzuya iclasda heç toxunulmayıb da”,-Mirzoyan deyib.

*   *   *08:38

Ermənistan polisinin rəisi, general-mayor Valeri Osipyan baş nazir Nikol Paşinyanla Təhlükəsizlik Şurasının iclasında sərt mübahisə edib və istefa ərizəsi yazıb.

Virtualaz.org xəbər verir ki, bu haqda erməni KİV-ləri yazır.

Məlumata görə Təhlükəsizlik Şurasının iclasında bir sıra daxili məsələlər, o cümlədən Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın istefası və Amulsaran qızıl yatağına gedən yolun ətraf mühit fəalları tərəfindən blokadaya alınması müzakirə olunub.

Paşinyan qızıl yatağına gedən yolun açılmasını tapşırıb. Lakin Osipyan deyib ki, yolun açılmasına dair əməliyyatın hamar keçəcəyinə inanmır və fəallara qarşı güc tətbiq edilsə müəyyən nəticələr doğuracaq.

Bu cavab Paşinyanı qəzəbləndirib. Deyib ki, əgər Osipyan yolu açmağa qadir deyilsə kənara çəkilsin, onun əvəzindən yolun açılması əməliyyatını polis qoşunlarının komandanı, general Vaqe Kazaryan həyata keçirəcək. Hansı ki, Kazaryanın Milli Təhlükəsizlk Xidmətinin direktoru vəzifəsinə namizədliyi nəzərdən keçirilir.

Gərgin tonda gedən söhbət onunla nəticələnib ki, Polis rəisi istefa ərizəsi yazıb və Paşinyana təqdim edib. Osipyanın istefasının bu gün açıqlanacağı gözlənilir.

Virtualaz.org

Xəbərlər