412
Aktual 18 sentyabr — 01:42

Səudiyyə neft hasilatını əvvəlki vəziyyətinə qaytardı

“Səudiyyə Ərəbistanı neft hasilatını operativ şəkildə əvvəlki vəziyyətinə qaytara bilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Energetika naziri Əbüdl Əziz ben Salman deyib: “Hazırda neft dronların zavodlara hücumunadək olan səviyyədə istehsal olunur. Hasilat bu gün (17 sentyabr-red.) günorta bərpa edilib”.

Nazirin sözlərinə görə, “Saudi Aramco” şirkəti hücumlara baxmayaraq, müştəriləri qarşısında vəzifələrini yerinə yetirəcək.

 

Xəbərlər