518
Aktual 17 sentyabr — 12:15

Qırğızıstan-Tacikistan sərhədində gərginlik davam edir: ölənlər və yaralananlar var

Tacikistan-Qırğızıstan sərhədində ötən gün axşam saatlarında və gecə baş verən yeni qarşıdurmada 3 tacik hərbçi ölüb, yaralanananlar var.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qırğız tərəfdən isə bir hərbçi ölüb, 13 nəfər yaralanıb.

Qırğızıstanın Baş naziri Muxammedkalıy Abılqaziev Batken vilayətindədir və gərginliyin azaldılması istiqamətində qırğız və tacik tərəfi ilə görüşlər keçirib.

Sərhəddə vəziyyət gərgin olaraq qalır.

*   *   *22:43. 09/16/2019

Qırğızıstan və Tacikistan sərhədində atışma olub.

Virtualaz.org “TASS”a istinadən bildirir ki, ilk atəş Tacikistan tərəfindən açılıb. Qırğızıstanın Maksat sərhəd postu atəşə tutulub.

İlkin məlumatda bildirilir ki, nəticədə bir nəfər sərhəd xidmətçisi dünyasını dəyişib.

Virtualaz.org

Xəbərlər