609
Aktual 16 sentyabr — 16:31

Husilər Səudiyyənin neft emalı zavodlarını sovet raketləri ilə vurub?

Yəmənin bir hissəsinə nəzarət edən və İrandan dəstəklənən husilərin “Ənsar Allah” qruplaşması Sədudiyyə Ərəbistanının neft emalı zavodlarını heç də özlərnin bəyan etdikləri kimi zərbə pilotsuz təyyarələrlə deyil, sovet istehsalı olan raketlərlə vurublar.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, belə qənaət hücumun ardınca neft emalı zavodlarından birinin yaxınlığında tapılmış qalıqlara əsasən raketlər üzrə mütəxəssislərdə formalaşıb. Onların fikrincə həmin qalıqlar hələ SSRİ dövründə buraxılmış X-55 qanadlı raketinə, yaxud onun analoquna məxsusdur.

Mütəxəssislər qeyd edirlər ki, on illər əvvəl buraxılmış həmin raketlər qarşısında ABŞ-ın Səudiyyəni təchiz etdiyi “Petriot” raket əleyhinə sistemlri aciz qalıb. “South Front” xəbər resursu da analoji qənaətlə çıxış edir və husilərin neft emalı zavodlarını sovet raketləri ilə, yaxud onların bazasında işlənib hazırlanmış raketlərlə vurduqlarını bildirir.

Xatırladaq ki, husilərin irimiqyaslı hücumu nəticəsində Səudiyyənin neft hasilatı yarıdan çox azalıb, dünya birjalarında neftin qiyməti sıçrayışla artıb.

Virtualaz.org

Xəbərlər