2263
Aktual 11 sentyabr — 12:13

Putin Yerevan həbsxanasında? Qabağında pivə bokalı?...

Sentyabrın 30-u, oktyabrın 1-də Yerevanda Avrasiya İqtisadi Birliyinin Ali şurasının, yəni birliyə üzv olan ölkələrin dövlət və hökumət başçılarının toplantısı planlaşdırılır. Ermənistan hakimiyyəti bu sammitə neçə vaxtdır ciddi cəhdlə hazırlaşır, həm də ona görə ki, sammit Rusiya prezidenti Vladimir Putinin Yerevana Nikol Paşinyanın “sorosçu komandasının” hakimiyyətə gəlişindən bəri baş tutacaq ilk səfəri olmalıdır.

Lakin çoxdan və səbrsizliklə gözlənilən bu səfər baş tutmaya, sammit isə Avrasiya Birliyinə daxil olan başqa ölkənin-çox güman ki, Rusiyanın paytaxtına keçirilə bilər.

Virtualaz.org xəbər verir ki, bunun səbəbi Ermənistan mətbuatında və ictimai-siyasi dairələrində günlərdir dolaşan şaiyələrdir. Həmin şaiyələrə görə Rusiya prezidenti Vladimir Putin Ermənistan hakimiyyəti qarşısında şərt qoyub ki, onun Yerevana səfəri zamanı keçmiş prezident Robert Köçəryanla həbsxanada görüşməsinə şərait yaradılsın, müvafiq təhlükəsizlik tədbirləri görülsün. Yerevanın həmin xəbərlərə görə, bu tələbə cavab vermək üçün dünən sentyabrın 10-na qədər vaxtı var idi. Deyilənlərə görə tələb yerinə yetirilməsə Putin Yerevana gəlməyəcək və Avrasiya İttifaqının sammitini Moskvaya keçirəcək.

Xatırladaq ki, həmin şaiyələr mətbuata yol tapan kimi Paşinyanın yaxın tərəfdaşı, “İnformasiyalı vətəndaşların ittifaqı” adlı QHT-nin rəhbəri Daniel Yohannesyan özünün Facebook səhifəsində Rusiya liderinə ünvanlanmış istehzalı, aşağılayıcı mesaj paylaşdı. Bildirdi ki, əgər Putin Yerevan həbsxanasında Köçəryanla görüşmək istəyirsə qoy ehtiyatlı olsun, “çünki arxasınca qapını bağlaya bilərlər”.

Paşinyanın tərəfdaşının bu təhqiramiz mesajı Rusiya mediasferasında da geniş tirajlandı. Rusiyadan isə rəsmi olaraq nə bu hədəyə, nə Putinin Yerevana səfəri zamanı Köçəryanla görüşmək istəyinə dair xəbərlərə münasibət bildirməyiblər.

Hərçənd Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərə deyib ki, o mətbuatda dolaşan şaiyələri şərh etmək istəmir. Amma buna əmindir ki, Avrasiya İqtisadi Birliyinin sammiti Yerevanda keçiriləcək, üstəlik Sinqapur və İran liderləri də orada qonaq qismində iştirak edəcək.

“Biz sammitə hazırlaşırıq. Mən əminəm ki, Rusiya-Ermənistan dövlətlərarası münasibətləri bundan ancaq qazanacaq. Putinin Köçəryanla mümkün görüşünə gəldiksə isə mən şaiyələri şərh etmək niyyətində deyiləm və hamıya bu məsələyə ciddi yanaşmağı məsləhət görürəm”,-Mnatsakanyan bildirib.

“Kavkazskiy uzel” portalı isə Putinin Yerevan həbsxanasına baş çəkmək niyyəti barədə iddialara toxunur: “Hərçənd mənbələr onun penitensiar sistemə baş çəkmək istəyinin səbəblərini dəqiqləşdirmir, amma Putinin Köçəryanla “incə münasibətlərini”, hər il onu ad günü münasibətilə təbrik etməsini nəzərə alaraq təxmin etmək üçün olar ki, Vladimir Putin Robert Köçəryan üçün darıxıb və onu görmək istəyir...Pivə içmək istəyir bəyəm?”

Ermənistanın Ədliyyə Nazirliyi isə bildirir ki, Rusiya tərəfindən prezident Putinin Yerevana planlaşdırılan səfəri zamanı həbsxanaya baş çəkmək istəyi barədə heç bir sorğu almayıb. “Həmin informasiyalar yalandır, Rusiya tərəfindən bu haqda bizə heç bir sorğu daxil olmayıb”,-nazirliyin nümayəndəsi Lusine Martirosyan bildirib.

Hərçənd Rusiya tərəfinin belə sorğusu, tələbi olsaydı belə onu Ədliyyə Nazirliyinə deyil, daha yuxarı instansiyalara çatdırardılar və bu baxımdan Martirosyanın açıqlaması da şaiyələrin gücünü azalda bilməyib.

Xarici işlər nazirinin müavini Şavarş Köçəryan isə əmindir ki, Putin Yerevana gələcək. Lakin Köçəryanla görüşəcəkmi, Şavarş bu haqda jurnalistlərə heç nə deməyib.

Virtualaz.org

Xəbərlər