1591
Aktual 10 sentyabr — 23:50

Tramp qəfildən Boltonu işdən çıxardı

Con Boltonun istefasından sonra ABŞ prezidentinin müşaviri vəzifəsini Çarli Kapperman icra edəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edilir ki, Kapperman Boltonun müavini olub.

Ağ Ev Boltonun prioritetlərinin Trampın mövqeyinə uyğun olmadığını əlavə edib.

*   *   *20:38

ABŞ prezidenti Donald Tramp Con Boltonu milli təhlükəsizlik üzrə müşaviri vəzifəsindən azad edib. Virtualaz.org xarici  KİV-ə istinadən bildirir ki, bu barədə dövlət başçısı "Twitter" hesabında məlumat yayıb.

"Mən ABŞ administrasiyasındakı bir çoxları kimi onun bəzi təklifləri ilə qətiyyən razı deyiləm"-, deyə Tramp yazıb. Prezident qeyd edib ki, yeni milli təhlükəsizlik müşavirinin adı gələn həftə açıqlanacaq. 

Bolton isə Twitter-də prezident Trampla istefası barədə məsələni dünən sentyabrın 9-da müzakirə etdiyini bildirib. o O isə belə cavab verib: "Gəl bu haqda sabah danışaq".

Bolton İrana qarşı sərt mövqeyi ilə tanınan diplomatdır və onun Tehrana qarşı güc tətbiqi barədə təklf verdiyi məlumdur. 

Virtualaz.org

Xəbərlər