1225
Aktual 24 avqust — 22:55

Sumqayıtda şadlıq evində yanğın: 360 nəfər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Nur” şadlıq sarayında yanğın olması barədə məlumat daxil olub.

Virtualaz.org FHN-ə istinadən bildirir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb.

FHN-dən verilən son məlumata görə, yanğın artıq söndürülüb.

Əlavə məlumat veriləcək.

Xəbərlər