315
Aktual 14 avqust — 11:11

İlham Əliyev Həsən Ruhaniyə zəng vurdu

Tehran Bakı ilə münasibətlərin genişləndirilməsinə böyük əhəmiyyət verir.

Bu barədə İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib. Virtualaz.org xəbər verir ki, telefon danışığı haqda İran prezidentinin rəsmi saytı məlumat yayıb.

“İran Azərbaycanla münasibətlərin genişləndirilməsinə dair səylərə böyük önəm verir. Xoşbəxtlikdən biz əməkdaşlığın genişləndiyini müşahidə edirik”,-Ruhani telefon danışığı zamanı bildirib.

İran prezidentinin mövqeyinə görə iki ölkə rəsmi şəxsləri arasında səfərlər mübadiləsi münasibətlərin genişləndirilməsi üçün effektiv alətdir. Ruhani habelə iki ölkə arasında imzalanmış razılaşmaların yerinə yetirilməsi prosesinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

“Azərbaycan həmişə İran üçün dost və qardaş ölkə olub, bu dostluq daha da dərinləşəcək”,-Ruhani deyib.

Öz növbəsində İlham Əliyev qeyd edib ki, İran-Azərbaycan münasibətləri dərinləşir və bu da Tehranla Bakının birgə səylərinin nəticəsidir.

“Heç bir şübhə yoxdur ki, iki ölkə və xalqlar arasında münasibətlər əvvəllər olduğu kimi bundan sonra da inkişaf edəcək”,-Azərbaycan prezidenti əlavə edib.

Virtualaz.org

Xəbərlər