613
Aktual 13 avqust — 19:27

NATO qırıcısı Şoyqunun təyyarəsinə yaxınlaşdı: Rusiya “SU-27”ləri hərəkətə keçdi

NATO-nun “F-18” qırıcı təyyarəsi Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışıb.

RİA Novosti bildirir ki, hadisə Baltik dənizinin neytral suları üzərində baş verib.

Bununla belə, Rusiyaya məxsus “Su-27” qırıcıları NATO təyyarəsini uzaqlaşdırıb. S.Şoyqunun olduğu təyyarə Kalininqraddan Moskvaya uçurmuş.

Onu Baltik donanmasının dəniz aviasiyasının iki ədəd “Su-27” qırıcısı müşayiət edib.

Xəbərlər