185
Aktual 11 iyul — 20:04

Almaniyada Azərbaycan Mədəniyyət Mərkəzi yaradılır

Prezident İlham Əliyev Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.

Virtualaz.org-un məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, bu sərəncamın 1-ci hissəsi ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

Xəbərlər