1401
Aktual 22 may — 18:28

Jurnalist Fuad Abbasov Rusiya qanunlarını pozub

İki gün əvvəl Moskva şəhəri üzrə Daxili İşlər İdarəsinə istinadən Azərbaycan vətəndaşı, jurnalist Fuad Abbasovun saxlanılması barədə xəbər vermişdik. Rusiya hüquq-mühafizə orqanları F.Abbasovu Moskva məhkəməsinin deportasiya haqda 7 may tarixli qərarına əsasən saxlamışdılar. Həmin qərarla F.Abbasov Rusiyanın miqrasiya qamunvericiliyini pozmaqda ittiham olunub və əlavə olaraq 5 min rubl cərimə edilib.

Dünəndən sosial şəbəkələrin Azərbaycan seqmentində və bəzi veb-saytlarda F.Abbasovu müdafiə kampaniyası başlayıb. Millətçi dairələr və liberal müxalifətin bir hissəsi Rusiya hüquq-mühafizə orqanlarını Azərbaycan vətəndaşına münasibətdə qanunsuz hərəkətlərdə ittiham edirlər. Bununla bərabər, Azərbaycanın Rusiyadakı səfirliyinin ünvanına da ittihamlar səsləndirilir: sosial şəbəkələrin müxalifətdən olan istifadəçiləri və anti-Rusiya əhval-ruhiyyəsində köklənmiş blogerlər Azərbaycanın Rusiyadakı səfirliyini, xüsusən də səfir Polad Bülbüloğlunu fəaliyyətsizlikdə ittiham edirlər.

Halbuki elə bu gün səhər erkən Azərbaycanın Rusiyadakı səfirliyi Abbasovun işi ilə bağlı bəyanatla çıxış edib.

“RF DİN Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən jurnalist Fuad Abbasovun ssaxlanılması məsələsi Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altındadır”, - virtualaz.org xəbər verir ki, səfirliyin bəyanatında belə deyilir.

Məlumatda qeyd olunur ki, səfir Polad Bülbüloğlunun şəxsi tapşırığına əsasən, mayın 20-də konsul şöbəsinin əməkdaşları Moskva vilayətinin Korolyov şəhəri üzrə müvəqqəti saxlanma mərkəzində Abbasovla görüşüblər.

“Səfirlik ictimaiyyətin böyük narahatlığına səbəb olmuş bu hadisə ilə əlaqədar bütün zəruri tədbirləri görür”, - səfirlikdən bildirilib.

Yuxarıda sözügedən rəsmi bəyanatdan göründüyü kimi, Polad Bülbüloğlu öz səlahiyyətləri və Azərbaycan nümayəndəliyinin diplomatik mandatı çərçivəsində nəzərdə tutulmuş bütün mümkün tədbirləri görüb ki, F.Abbasovun vətəndaş hüquqları qorunsun.

Lakin həm səfirlik, həm də Rusiyanın dövlət orqanlarının təmsilçiləri F.Abbasovu cəzadan azad edə bilməzlər, belə ki, azərbaycanlı jurnalist qanunun yol verdiyi həddi keçib və Rusiya qanunvericiliyini kobud şəkildə pozub. Rusiya Təhlükəsizlik Şurasina yaxın məlumatlı mənbələrdən virtualaz.org-a bildirildiyinə görə, bir neçə ay bundan əvvəl F.Abbasov millətlərarası münasibətlərin qızışdırılmasında ittiham edilib və Rusiya ərazisindən xaric edilib. Rusiyanın rəsmi orqanları F.Abbasovu xəbərdar ediblər ki, ona Rusiyanın ərazisinə daxil olmaq qadağandır. Bundan sonra azərbaycanlı jurnalist nə edir? O, Rusiya ilə müttəfiq dövlət olan Belarusun ərazisinə keçir və şəhərlərarası avtobusla Rusiyaya daxil olur. Belə ki, bu ittifaq dövlətlərinin sərhədində nəzarət-buraxılış məntəqələri yoxdur.

Jurnalist Rusiya Federal Təhlükəsizlik Xidmətinə şikayətlə müraciət edir və faktiki olaraq Azərbaycana dost ölkənin ərazisində gizli fəaliyyətə başlayır, Azərbaycan diasporunun nümayəndələrini qanunsuz hərəkətlərə çağırır. Bununla birlikdə, sosial şəbəkələrdə və Azərbaycan KİV-lərində çıxışlarında F.Abbasov millətlərarası ayrıseçkilik və ksenofobiya ideyalarını yayır ki, bu da RF Konstitusiyasına ziddir. Moskvadakı Azərbaycan diasporu təmsilçilərinin müvafiq şikayətindən sonra məhkəmə F.Abbasovun saxlanılması və dərhal Azərbaycana deportasiyası barədə qərar çıxarır.

Moskva Daxili İşlər Baş İdarəsindən virtualaz.org-a verilən şərhdə saxlanılma zamanı jurnalistin döyülməsi barədə yayılmış məlumata aydınlıq gətirilib. Rusiya hüquq-mühafizə orqanlarının bildirdiklərinə əsasən, F.Abbasovun döyülməsi haqqında deyilənlər həqiqəti əks etdirmir. Saxlanılan zaman jurnalist müqavimət göstərməyə cəhd edib və polis əməkdaşları Moskva şəhər məhkəməsinin 7 may tarixli qərarını yerinə yetirmək məqsədilə öz vəzifələrini yrinə yetirmək üçün müvafiq tədbirlər görüblər.

Virtualaz.org

Xəbərlər