1685
Aktual 22 may — 16:52

“Növbəti dayanacağımız Şuşadır, bizi gözləyin...”

Azərbaycan ordusunun mayın 20-də başlayan əməliyyat-taktiki təlimlərinin ikinci gününün sonunda (mayı 22-də) Ermənistana belə mesaj göndərilib: “Növbəti dayanacağımız Şuşadır, bizi gözləyin...”.

Virtualaz.org xəbər verir ki, bu barədə erməni şərqşünas və hərbi analitik (ən azından özünü belə təqdim edir-red.) Karen Ovannisyan özünün Facebook səhifəsində yazıb. “Azərbaycan öz cəmiyyətini sülhə “hazırlayır”. İrimiqyaslı təlimlərin ikinci günündə “sülh carçıları” bizə aşağıdakı mətnlə mesaj göndəriblər: “Növbəti dayanacağımız Şuşadır, bizi gözləyin...”. Bunu azərbaycanlıların dəyişdiyini və daha əvvəlki kimi olmadıqlarını deyənlərin hamısına göstərmək lazımdır”-Ovannisyanın yazdıqları belədir.

Lakin bu erməni “şərqşünas və hərbi analitik” mesajın hansı formada, hansı vasitə ilə göndərildiyi haqda heç nə bildirmir. Habelə mesaj Ermənistanda daha kimlərə ünvanlanıb, o haqda məlumat yoxdur. Ovannisyan və onun kimilər əbəs yerə səksəkəyə düşmür, işğalçılar həqiqətən Azərbaycan əsgərinin ayaq səslərinin yaxınlaşdığını hiss etməyə başlayıblar və azərbaycanlıların “əvvəlki kimi olmadıqlarına” 2016-cı ilin aprelində artıq əmin olublar...

Virtualaz.org

Xəbərlər