827
Aktual 16 may — 12:57

Eynulla Fətullayev ilk Bakı-Odessa birbaşa aviareysinin açılışında

Mayın 16-da "Buta Airways" loukost aviaşirkəti Bakıdan Ukraynanın daha bir şəhəri - Odessaya birbaşa uçuşlara başlayıb. Aviareysin ilk sərnişinlərindən biri haqqin.az və virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayev olub.

Virtualaz.org xəbər verir ki, Odessaya uçuşlar həftənin cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Bu istiqamətə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.

Loukost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

10 kiloqramdək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

Qeyd edək ki, Ukraynaya yeni istiqamətin açılması iki ölkə arasında turist axınını daha da artıracaq. Odessa loukost aviaşirkətin Ukraynadakı üçüncü istiqaməti olacaq. Aviaşirkət artıq Kiyev və Xarkova müntəzəm uçuşlar həyata keçirir.

Xəbərlər