1308
Aktual 3 may — 21:18

Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini təyin olundu

Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Trend-in məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.

Xatırladaq ki, 2018-ci ilin dekabrında Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilmiş və Azərbaycanın Baş naziri Novruz Məmmədovun sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparat rəhbəri təyin olunmuşdu.

Xəbərlər