429
Aktual 16 aprel — 13:22

Zelenskinin evinin həndəvərində pulemyotlu dəstə

Hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenskinin evinin bilavasitə yaxınlığında iri kalibrli pulemyotla silahlanmış bir qrup şəxsi yaxalayıblar.

Virtualaz.org xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində Ali Radanın deputatı Anton Geraşenko yazıb.

“Qrup “Toyota Prado” avtomobilini silah arabasına çevirərək, arxa oturacaqların yerində iri kalibrli pulemyot yerləşdirib ki, bunun da atəş məsafəsi 3 kilometrdən çoxdur”, - deputat yazıb. Geraşenkonun sözlərinə görə, polis öz işini mükəmməl görüb və xüsusi əməliyyat nəticəsində heç kim xəsarət almayıb. Hazırda cinayətkarların motivləri aydınlaşdırılır.

Baş Prokurorluğun mətbuat katibi Larisa Sarqan “Facebook”da qeyd edib ki. cinayətkar qrupun tutulması Zelemskinin şəxsiyyəti ilə bağlı deyil. Onun sözlərinə görə, bəzi KİV-lər deputatın sözlərini yanlış olaraq Zelenskiyə hazırlanan sui-qəsd kimi qiymətləndiriblər. Sarqan əlavə edib ki, sui-qəsd lvovlu kriminal avtoritet Boqdan K.-ya qarşı hazırlanıbmış.

Bundan az öncə Zelenskinin seçki qərargahı prezident seçkilərinin ikinci turu ərəfəsində mühafizənin gücləndirilməsini xahiş etmişdi.

Xəbərlər