569
Aktual 16 aprel — 12:20

Türkiyə “S-400”ləri müvəqqəti olaraq Azərbaycanda yerləşdirəcək?

Türkiyə Rusiya istehsallı S-400 zenit-raket komplekslərini müvəqqəti olaraq Azərbaycanda yerləşdirə bilər. Türkiyə mətbuatı bu barədə yazıb. Həmçinin S-440 komplekslərinin müvəqqəti saxlamaq üçün Qətərə göndəriləcəyi istisna olunmur.

Qeyd olunur ki, Türkiyə hakimiyyətinin hansı ölkəni seçəcəyi hələ müəyyənləşməyib. Rəsmi Ankara bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Bundan əvvəl Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini (ZRK) almazdan əvvəl hərbçilərinin müvafiq kurs keçməsini təşkil etmək istədiyi bildirilirdi. Bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir.

Xəbərlər