1119
Aktual 16 aprel — 10:35

Pentaqon ilk dəfə F-35 qırıcılarını Yaxın Şərqə göndərdi

Pentaqon tarixdə ilk dəfə 5-ci nəsil F-35 qırıcılarını rəsmən Yaxın Şərq regionuna göndərdiyini elan edib. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəz komandanlığının (AFCENT) yaydığı məlumatda deyilir.

Bəyanata əsasən ən yeni silahlarla silahlanmış və radarlara görünməyən F-35 qırıcıları regionda “Amerikanyönümlü koalisiyanın” döyüş potensialını gücləndirəcək.

“Təyyarə tərəfindən verilənlərin inteqrasiyası texnologiyasının və canlılığın tətbiqi hərbi əməliyyatlar teatrında stabilliyi və təhlükəsizliyi artıracaq, təcavüzkarları qorxudacaq”-komandanlıq bildirir.

Lakin təyyarələrin konkret hansı ölkəyə yerləşdirildiyi açıqlanmır.

Bəyanatda deyilir ki, bütün döyüş əməliyyatları məkanının nəzarət altında saxlanılması üçün nəzərdə tutulan universal vasitə kimi F-35 qırıcıları bütün qalan döyüş vahidləri arasında verilənlərin qəbulu, ötürülməsi və  inteqrasiyası mərkəzidir. Qırıcıların güclü və kompleks sensor sistemi meydana çıxan təhdidlərə qarşı adaptasiyanı, döyüşdən salamat çıxmağı və düşmənə öldürücü zərbə vurmağı artırır.

“F-35A qırıcıları istənilən təhdidlər şəraitində ölkəmizin hava məkanında dominantlıq etməsini təmin edir”-ABŞ HHQ-nin qərargah rəisi, general Devid Qoldfeyn bildirib. O deyib ki, F-35A qırıcıları Yaxın Şərqdə koalisiya qüvvələrinin başlıca müdafiəçisi olacaq.

“Biz səbrsizliklə F-35A qırıcılarının regiondakı qüvvələrimizin döyüş qabiliyyətini yaxşılaşdıran bütün imkanlar spektrini nümayiş etdirməyi gözləyirik”-AFCENT rəhbəri, general Cozef Quastel deyib.

Military.com qeyd edir ki, bundan əvvəl analoji missiyanı radarlara görünməyən F-22 “Raptor” qırıcıları həyata keçirirdi. Neçə il ərzində bu qırıcılar İŞİD-ə qarşı hərbi əməliyyatlar aparan koalisiya qüvvələrini havadan effektiv şəkildə qoruyublar. Habelə kəşfiyyat məlumatlarının toplanmasında effektiv rola malik olublar.

AFCENT-in mətbuat katibi, mayor Holli Brauer F-35 qırıcılarının Yaxın Şərqdə yerləşdirilməsini “planlaşdırılmış addım” adlandırıb. Amma həmin təyyarələrin Əfqanıstandakı əməliyyatlarda tətbiq olunacağını dəqiqləşdirməyib. Ötən ilin sentyabrında ilk dəfə ABŞ Əfqanıstanda F-35 qırıcısını döyüş vahidi kimi tətbiq etmişdi.

F-35 qırıcılarının regionda yerləşdirilməsi ABŞ prezidenti Donald Trampın İrana qarşı güclənməkdə olan təzyiq kampaniyası ilə bir vaxta təsadüf edir. Habelə Liviyada Rusiyanın müttəfiqi, feldmarşal Xəlifə Haftarın qüvvələr paytaxta hücumları davam etdirir.

ABŞ-dan əvvəl İsrail F-35 qırıcılarını Suriyada tətbiq etməyə başlayıb.

Virtualaz.org

Xəbərlər