403
Aktual 15 aprel — 17:22

Rusiya XİN Moskvadakı Qarabağ görüşünün yekunlarına dair bəyanat yaydı

Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında aprelin 15-də Moskvada baş tutan görüşün yekunları ilə bağlı bəyanat yayıb.

"Report" Rusiya XİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, S.Lavrov və ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti dəfə regionda davamlı sülhün əldə olunmasına yönəlmiş vasitəçilik missiyasına sadiq olduqlarını bildiriblər.

Görüş iştirakçıları yaxın gələcəkdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Xəbərlər