216
Aktual 12 fevral — 13:06

Ermənistan xalqı həlak olan və yaralananlar haqqında həqiqəti tələb edir

Ermənistanda hərbçilərin ölüm xəbərini gizlədən Müdafiə Nazirliyi ətrafında qalmaqal səngimək bilmir.

KİV müqavilə üzrə hərbi xidmətdə olan Edqar Qriqoryanın yeni il gecəsi həlak olması barədə xəbəri öyrənəndən sonra müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan əsgər ölümlərinin gizlədilməsini etiraf etmişdi. Bu, Ermənistanda ictimaiyyətin hiddətinə səbəb olmuş. Kütləvi informasiya vasitələri Paşinyan hökumətini kəskin tənqid atəşinə tutmuşdu.

Bundan dərhal sonra Ermənistan İstintaq Komitəsi məlumat verib ki, yeni il gecəsi işğal altında olan Dağlıq Qarabağda daha bir neçə erməni əsgəri yaralanıb.

“Qumbara ilə davranarkən təhlükəsizlik texnikası qaydalarının pozulması nəticəsində Qarabağdakı mövqelərdən birində müddətli hərbi xidmət qulluqçularından bir neçəsi yaralanıblar.

Hadisə dekabrın 31-də saat 03:30-da baş verib. Hadisə nəticəsində C.Torosyan, M,Manukyan və A.Marabyan xəsarət alıblar və hərbi hospitala çatdırılıblar”, - virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, İstintaq Komitəsinin məlumatında belə deyilir.

Xəbərlər