554
Aktual 12 fevral — 01:58

Rusiya Xəzəri "radiolokasiya qalxanı" ilə bağlayır

Rusiya Müdafiə Nazirliyi Xəzər dənizi yaxınlığında “Kaspiy” radiolokasiya bölüyü yerləşdirib.

“İzvestiya” qəzetinin Rusiya Müdafiə Nazirliyinə istinadən yazdığına görə, “Kaspiy” bölüyü P-18RT radarları ilə komplektləşdirilib.

Bu cür radarlar istənilən hündürlükdə hədəfləri aşkar edə, real vaxt rejimində təyyarələri və Hava Hücumundan Müdafiə sistemlərini hədəflərə yönləndirə bilir.

Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, yeni texnika imkanlarına görə uzaq radiolokasiya axtarışı təyyarələrindən geri qalmır.

Bildirilir ki, “Kaspiy” bölüyü Dağıstan Respublikasının Kaspiysk şəhərində yerləşir və Rusiyanın Xəzər donanmasının infrastrukturunun, habelə Hava Hücumundan Müdafiə və gəmilərin Raket Hücumundan Müdafiənin əsas elementi sayılır.

Xəbərlər