237
Aktual 11 fevral — 09:58

Tramp növbəti “şatdaun”un anonsunu verdi

ABŞ federal hökumətinin 35 gün bağlı qalmasına səbəb olan “Meksika divarı”na vəsait ayrılması ilə bağlı böhran hələ də davam edir.

ABŞ hökuməti ilə Konqres arasında hökumətin açılmasını təmin edən 3 həftəlik anlaşma fevralın 15-də başa çatacaq. 

ABŞ prezidenti Donald Tramp Tvitter hesabında baş verə biləcək növbəti “şatdaun”a görə demokratları günahlandırıb.

“Qafqazinfo” xatırladır ki, demokratlar divar üçün 2 milyard dollardan çox vəsait ayrılmasını qəbul etmirlər. Konqres Meksika ilə sərhəddə hörüləcək divar üçün Trampın istədiyi 5,7 milyard dollarlıq vəsaiti ayırmasa və ya hökumətlə Konqres arasında yeni anlaşma imzalanmasa, hökumət növbəti cümə günü yenidən bağlanacaq.

Xəbərlər