4119
Aktual 7 yanvar — 21:08

Qazaxıstanda ermənilərə qarşı qəzəb artır, Yerevan narahatdır

Qazaxıstanın Karaqanda şəhərində yanvarın 1-də “Qədim Roma” restoranında bir qrup erməninin 23 yaşlı qazax gənci öldürməsindən sonra yaranmış gərginlik səngimir. Xəbər verildiyi kimi ötən gün minlərlə karaqandalı küçələrə çıxaraq ermənilərin özbaşınalıqlarına qarşı tədbirlər görülməsini, qatillərin tutularaq cəzalandırılmasını tələb ediblər. Hakimiyyət küçələrə xüsusi təyinatlıları yeridib, amma aksiyaçılara müdaxilə edilməyib.

Virtualaz.org xəbər verir ki, şəhərdə gərginlik bu gün də davam edib. Küçə etirazları olmasa da sosial şəbəkələrdə erməniləri Qazaxıstandan qovmaq çağırışları artır. İnsanlar hakimiyyət orqanlarını ermənilərin özbaşınalıqlarına qarşı yetərsiz davranmaqda ittiham edirlər. Məsələ bundadır ki, Qazaxıstandakı erməni diasporunun üzvləri özlərinə yaxşı imkanlar yaradıblar və bir çox gəlirli biznes sahələrində mövqe tutaraq qazaxlardan daha yaxşı yaşayırlar. Və ermənilər  qazaxlara qarşı təhqiramiz münasibət fonunda başlayan davada 23 yaşlı gənci öldürüblər.

Bu insidentin getdikcə daha çox milli zəmində qarşıdurmaya doğru inkişaf etməsi Ermənistanda bərk narahatlıq yaradıb. Ermənistan Polisinin rəisi Valeri Osipyan bu gün yanvarın 7-də Qazaxıstanın daxili işlər naziri, general Kalmuxanbet Kasımovla telefon danışığı aparıb. Telefon söhbəti zamanı Kasımov bildirib ki, yanvarın 1-də baş vermiş qətl hərtərəfli və obyektiv araşdırılacaq. Habelə yanvarın 6-da Karaqandadakı mitinq müzakirə olunub, qazax nazir əmin edib ki, bu aksiya millətlərarası xarakter daşımırdı və hadisələr hüquq-mühafizə orqanlarının nəzarəti altında idi.

Digər məlumata görə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan da bu gün qazax həmkarı Beybut Atamkulova zəng vurub, Karaqandadakı etirazları və ermənilərin qazax gənci qətlə yetirməsinin milli münaqişəyə çevirməyə yönəlmiş cəhdləri müzakirə edib.

Qətlə görə ikisi erməni olmaqla üç nəfər həbs edilib, hadisənin daha bir iştirakçısı, axtarışa verilmiş Narek Qururyan isə yanvarın 7-də sosial şəbəkələrdə videomüraciət yayaraq təslim olmağa hazır olduğunu bildirib. Ancaq deyib ki, davada iştirak etsə də heç kimi qətlə yetirməyib və ancaq öz hərəkətinə görə cavab verməyə hazırdır.

Virtualaz.org

Xəbərlər