2957
Aktual 18 dekabr — 22:18

Ermənistan müdafiə nazirinin müavini Azərbaycanın sərhəd qoşunlarını təmas xəttinə yeritməsi haqda

Azərbaycanın sərhəd qoşunlarını Ermənistanla sərhədin Qazax və Ağstafa rayonları istiqamətindən keçən hissəsində bəzi postlara yerləşdirməsinə dair Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin bəyanatı ilə bağlı Yerevanda yaranmış panika davam edir. 

Virtualaz.org xəbər verir ki, məsələyə nəhayət Ermənistan Müdafiə Nazirliyi də münasibət bildirib. Düşmən ölkənin müdafiə nazirinin müavini Qabriel Balayan bu məsələni şərh edərkən bildirib ki, erməni tərəfində bununla bağlı informasiya var, amma açıqlanması hazırda mümkün deyil.

“Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında Qabriel Balayan bildirib: “Müdafiə Nazirliyində bu mövzu ilə bağlı informasiya var, amma bizim malik olduğumuz həmin informasiya hazırda açıqlanmaq üçün nəzərdə tutulmayıb. Bu addım heç bir halda bizim müdafiə imkanlarımıza, ayıq-sayıqlığımıza təsir etmir. Bizim xidmət davam edir”.

Erməni analitikləri isə təxmin edirlər ki, ola bilsin Azərbaycan sərhədin bu hissəsində sərhəd qoşunlarını yerləşdirməklə Şəmkir korpusunun indiyədək sərhədin həmin hissəsini qoruyan bir briqadasını artilleriya qüvvələri ilə birlikdə Qarabağ istiqamətinə ata bilər.

“Hələlik aydın deyil ki, həmin qoşunlar hara istiqamətləndiriləcək. Faktiki olaraq ehtiyat qüvvələr gücləndirilir...Hara, hansı rayona göndəriləcək, aydın deyil, amma böyük ehtimalla Qarabağ istiqamətinə”-azərbaycanşünas Tatev Ayrapetyan “Azadlıq” radiosuna bildirib.

Virtualaz.org

Xəbərlər