724
Aktual 6 dekabr — 15:53

Lavrov Milanda Qarabağdan danışdı

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə ATƏT-in vasitəçilik səylərini dəstəkləyir.

Virtualaz.org-un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın Milan şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci sessiyasında çıxışı zamanı bildirib.

“Biz Cənubi Qafqazda təhlükəsizlik məsələləri üzrə Cenevrə müzakirələri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in vasitəçilik səylərini dəstəkləyirik”, - deyə Lavrov vurğulayıb.

Xəbərlər