770
Aktual 6 dekabr — 01:16

OPEC+ ölkələri neft hasilatını sutkada 1 milyon barel azaldır?

OPEC+ ölkələrinin nazirləri, eləcə də Rusiya nümayəndəsi Monitorinq Komitəsinin çərşənbə günü keçirilən iclasında neft hasilatını azaltmağın zəruriliyi barədə razılığa gəliblər.

TASS xəbər verir ki, bunu jurnalistlərə Omanın neft və qaz naziri Məhəmməd bin Hamad ər-Rumhi iclasdan sonra deyib.

Nazirin sözlərinə görə, 2019-cu ildə hasilatın azaldılması sutkada təqribən 1 milyon barel təşkil edə bilər.

"Düşünürəm ki, bir milyon və ya ona yaxın. Lakin biz bunu sabah müzakirə edəcəyik", - deyə o, neft hasilatının hansı miqdarda azaldılmasından söhbət gedə biləcəyi barədə suala cavabında bildirib.

 

Xəbərlər