470
Aktual 5 dekabr — 10:51

İtaliyada Qarabağ danışıqları: Nazirlər bu gün görüşəcəklər

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Virtualaz.org bildirir ki, XİN rəhbələrinin görüşü ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə Milanda baş tutacaq.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Xəbərlər