1435
Aktual 12 oktyabr — 09:15

Con Bolton Bakıya nə vaxt gələcəyini açıqladı

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri, xarici siyasətdə sərt xətt tərəfdarı olan və xüsusən İrana qarşı aqressiv mövqeyi ilə tanınan Con Bolton Rusiyaya və Cənubi Qafqaz respublikalarına səfərinin tarxini açıqlayıb. Virtualaz.org xəbər verir ki, bu səfər barədə ilk dəfə bir neçə gün əvvəl erməni politoloqlardan biri məlumat yaymışdı. Amma rəsmi kanallarda bu haqda heç nə deyilmirdi.

“Oktyabrın 20-də mən öz həmkarlarım və digər yüksək vəzifəli şəxslərlə təhlükəsizlik sferasında Amerika maraqlarının irəli aparılması məqsədi ilə görüşlər keçirmək üçün Rusiyaya, Azərbaycana, Ermənistana və Gürcüstana səfər edəcəyəm”-Con Bolton özünün Twitter-bloqunda yazıb.

Analitiklər hesab edir ki, Con Boltonun səfərinin əsas məqsədi İrana qarşı tətbiq edilmiş sanksiyaların həyata keçirilməsinə dair region ölkələri ilə danışıqlar aparmaqdır.

Virtualaz.org

Xəbərlər