480
Aktual 13 aprel — 10:51

Kadırov prezidentlik müddətinin iki dəfə ilə məhdudlaşdırılmamasını təklif etdi

Çeçenistan başçısı Ramzan Kadırov hesab edir ki, hazırda Rusiya prezidenti Vladimir Putinə alternativ yoxdur və buna görə də, dövlət başçısının səlahiyyətlərinin iki dəfədən çox uzadılması barədə düşünmək lazımdır.

Virtualaz.org xəbər verir ki. bu barədə Kadırov “İnterfaks”a müsahibəsində deyib.

“Hələ ki hazırkı prezident sağdır, biz başqa dövlət başçısı haqqında düşünməməliyik. Bu mənim şəxsi fikrimdir və mən onu dəyişmirəm”, - Çeçenistan başçısı qeyd edib.

“Buna görə hesab edirəm ki, biz dövlət başçısının səlahiyyətlərinin iki dəfə ilə məhdudlaşdırılmaması barədə qərar qəbul edə bilərik. Nəyə görə Çin bacarır, Almaniya bacarır, biz bacarmırıq?” – o vurğulayıb.

“Əgər xalqın maraqları bunu tələb edirsə, nəyə görə dəyişiklik edə bilmərik? Mən ümumiyyətlə öz adımdan deyirəm: biz heç Putinin özündən də soruşmamalıyıq! Xalq, Federasiya Şurası, Dövlət Duması, digər dövlət institutları təşəbbüs irəli sürməli və belə qərar qəbul etməlidirlər, imza toplamalıdırlar və ümumxalq referendumuna çıxarmalıdırlar. Əminəm ki, nəticədə hamı bunu dəstəkləyəcək”, - Kadırov sözlərini yekunlaşdırıb.

Xəbərlər