357
Üzbəüz 17 iyul — 23:36

Yerevanda müxalifətin yürüşü başa çatıb

Yerevanın Azadlıq meydanında polis alayının binasını ələ keçirmiş “Sasna Tsrer” qrupuna dəstək yürüşü başa çatıb.

Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən xəbər verir ki, yürüş iştirakçıları “Biz Sasna Tsrerik”, “Rejimə ölüm” şüarlarını və qrupun üzvlərinin adlarını səsləndirirlər.

Yürüş insidentsiz başa çatıb.

*   *   *22:05

Yerevanın Azadlıq meydanında bir il öncə Ermənistan paytaxtında polis alayının binasını ələ keçirmiş “Sasna Tsrer” qrupuna dəstək yürüşü başlayıb.

Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən xəbər verir ki, yürüş iştirakçıları “Biz Sasna Tsrerik” şüarını və qrupun üzvlərinin adlarını səsləndirirlər.

Yürüşdə “Ərik ölkəsi” partiyasının lideri Zarui Postancyan, “İrs” partiyasının vitse-sədri Armen Martirosyan, “Təsis parlamenti”nin üzvü Aleks Yeniqomşyan iştirak edirlər.

Xəbərlər