171
Üzbəüz 17 iyul — 15:40

Bakıda üç ölkənin XİN başçılarının görüşü keçiriləcək

İyulun 18-19-də Bakıda Azərbaycan, Türkmənistan və Türkiyə XİN başçıları Elmar Məmmədyarov, Rəşid Meredov və Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçiriləcək.

Azərbaycan XİN-dən verilən məlumata görə, görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 2014-cü il mayın 26-da Bakıda keçirilib. Bunun ardınca həmin ilin 5 iyun tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül və Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov arasında ikitərəfli və üçtərəfli formatda görüşlər keçirilib.

29 yanvar 2015-ci ildə Aşqabadda adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən 2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlığının Çərçivə Proqramı qəbul olunub.

28 avqust 2015-ci ildə Türkiyənin Antalya şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü keçirilib. Görüşün yekunlarına dair Antalya Bəyanatı qəbul olunub. Bunun ardınca 9 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan arasında Xəzər tranzit keçidləri üzrə birgə Texniki Komitənin birinci iclası keçirilib.

Xəbərlər