399
Üzbəüz 17 iyul — 11:04

ABŞ-ın strateji pilotsuz kəşfiyyatçısı Donbass üzərində saatlarla uçub

ABŞ Hərbi Hava Qüvvələrinin “Global Hawk” strateji pilotsuz kəşfiyyat təyyarəsi Ukraynanın Donbass vilayəti üzərində, qoşunların təmas xətti boyu saatlarla uçuş həyata keçirib.

Virtualaz.org xəbər verir ki, bu haqda Qərb KİV-ləri yazır.

UAVGH000 kod adlı pilotsuz aparan Ukrayna ordusu ilə separatçı Donetsk və Luqansk regionlarının silahlı birləşmələri arasında təmas xətti boyu şimaldan cənuba doğru uçub, bu zaman təyyarə təmas xəttini keçməyib. Kəşfiyyatçının yerdən 16.7 min metr yüksəklikdə uçduğu bildirilir.

Xəbərə görə uzaqməsafəli Amerika pilotsuz kəşfiyyatçısı İtaliyanın Siciliya adasındakı Siqonella aviabazasından havaya qalxıb. O, Ukraynanın hava məkanına Nikolayev vilayəti üzərindən daxil olub və Mariupol istiqamətinə uçub. Donbass üzərind müəyyən edilmiş vəzifənin yerinə yetirilməsindən sonra təyyarə Ukraynanın hava məkanını Moldovadan şimal istiqamətdə tərk edib.

Bildirilir ki, RQ-4А Global Hawk   15-18 min metr yüksəklikdə saatlarla uça bilər. Bunu nəzərə alaraq təyyarənin separatçı Donetsk və Luqansk regionlarının bütün ərazisini, o cümlədən Rusiyanın həmsərhəd cənub regionlarını izləmək imkanı olub. İlk dəfədir ki, ABŞ-ın strateji pilotsuz kəşfiyyat təyyarəsi Ukrayna səmasında kəşfiyyat aparır.

Virtualaz.org

Xəbərlər