764
Üzbəüz 19 iyun — 19:11

Mark Şnayer İlham Əliyevi ABŞ-da nümunə göstərdi

"Bu mənim üçün Azərbaycan prezidenti İlham Əliyevin Bakıda Mədəniyyətlərarası dialoq üzrə IV Beynəlxalq Forumun gedişatında dinlərarası dialoqa dair səsləndirdiyi təşəbbüs haqqında danışmaq üçün yaxşı imkandır".

Bu bəyanatla ABŞ-da müqəddəs Ramazan ayı münasibəti ilə İsrailin Los-Ancelesdəki konsulluğu tərəfindən təşkil edilmiş tədbirdə Etnik Anlaşma Fondunun (Foundation for Ethnic Understanding) rəhbəri Mark Şnayer çıxış edib.

Bu barədə haqqin.az məlumat yayıb.

Sayt xatırladır ki, Rebe Mark Şnayer ABŞ-da xristian və müsəlman icmalarının liderləri arasında dialoqu alqışlayır.

“İftara qonaq dəvət etmək – ümumi imanımızı və ümumi gələcəyimizi qeyd etmək üçün gözəl imkandır”, - Şnayer qəbulda deyib.

O, tədbir iştirakçılarına Beynəlxalq dialoq üzrə təşəbbüsü Azərbaycanın xarici işlər naziri, eləcə də mədəniyyət naziri, həmçinin Nyu-Yorkda mayın 26-da xristianların liderləri ilə müzakirə etdiyindən danışıb.

“Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan din azadlığı ilə yanaşı, yəhudi və xristian icmalarının, eləcə də 2011-ci ildən Bakıda keçirilən Beynəlxalq forumlar sayəsində mədəniyyətlərarası və dinlərarası dialoqun dünya səviyyəsində aparılmasına vasitəçilik edir”, - Mark Şnayer bildirib.

Xəbərlər