263
Üzbəüz 18 may — 10:30

Ermənistan parlamentinin yeni sədri o olacaq

Ermənistan prezidenti Serj Sarkisyan yeni parlamentin sədri vəzifəsinə Ara Babloyanın namizədliyini irəli sürüb.

“Report” xəbər verir ki, bunu hakim Respublikaçılar Partiyasının sözçüsü Eduarda Şarmazanov bildirib.

Bununla bağlı qərar partiyanın iclasından sonra elan olunub. Parlament sədirinin müavinləri vəzifəsinə isə Eduard Şarmazanov və keçmiş ədliyyə naziri Aspine Ovannisyanın namizdəliyi irəli sürülüb.

Qeyd edək ki, Ara Babloyan 1947-ci il mayın 7-də Yerevanda doğulub. İxtisasca uroloq-cərrahdır. Əvvəlki parlamentin səhiyyə, doğuş və uşaqlarla bağlı komissiyasının sədri olub.

Xatırladaq ki, bu gün Ermənistanın yeni parlamentinin ilk iclası olacaq.

Xəbərlər