2973
Üzbəüz 12 may — 21:35

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Bakıda terror aktları barədə

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş və cəbhə xəttində təxribatlar, Bakıda terror aktları planlaşdıran azərbaycanlı hərbçilər və mülki şəxslərdən ibarət qrupların ifşa olunması faktını şərh edib.

Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən bildirir ki, özünün “Facebook” səhifəsində Ermənistan Müdafiə Nazirliyinin təmsilçisi yazıb: “Azərbaycan Müdafiə Nazirliyi və digər güc strukturları son günlər Azərbaycanda erməni kəşfiyyat şəbəkəsinin ifşası və onun tərəfindən terror aktlarının planlaşdırılması ilə bağlı bəyanatlar yayırlar. Bu həqiqətə uyğun deyil”.

Xatırladaq ki, may ayının 7-də Azərbaycan Baş Prokurorluğu Müdafiə Nazirliyi, DİN və DTX ilə birgə bəyanat yayaraq, bir qrup hərbçi və mülki şəxsin törətməti planlaşdırdığı təxribatların və terror aktlarının qarşısının alınmasını bildirmişdi. Həmin şəxslərin erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi vurğulanmışdı.

Xəbərlər