986
Üzbəüz 10 yanvar — 22:55

MDU-nun rektoru Bakı filialı haqda Putinə nələr dedi?

"Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycanın ən yaxşı universitetidir".

Bunu M.V. Lomonosov adına MDU-un rektoru Viktor Sadovniçi Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bildirib. Rektor dövlət başçısını MDU-nun inkişaf proqramının həyata keçirilməsi və ali məktəbin filial şəbəkəsinin genişləndirilməsi ilə bağlı məlumatlandırıb. "Bizim Bakı filialımız üçün ayrıca kampus tikilib. Azərbaycanın ən yaxşı universitetidir. Burada 6 fakültə var, 500 tələbə - Azərbaycanın elitası təhsil alır", - deyə V. Sadovniçi bildirib.

Rektor ümumilikdə MDU-nun filiallarında 3 min tələbənin təhsil aldığını qeyd edib: "Mühüm olan odur ki, biz rus dilində öyrədirik. MDU-nun diplomunu veririk. Filialları bitirənlər həmin respublikalarda qalaraq orada işləyirlər. Yəni ki, biz dostlarımızı hazırladığımıza ümid edirik".(APA)

Xəbərlər