348
Üzbəüz 10 yanvar — 21:17

Fransanın dövlət katibi İlham Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Virtualaz.org dövət başçısının saytına istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, mədəniyyət, təhsil və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlıq əlaqələrimizin genişlənməsinin önəmi qeyd olunub. Söhbət zamanı humanitar sahədə əlaqələrin uğurla inkişaf etdiyi bildirilərək, Bakıda Fransız-Azərbaycan Universitetinin fəaliyyətə başlamasının bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Görüşdə, həmçinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyi əminliklə qeyd olunub, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

*   *   *20:46

Fransanın inkişaf və frankofoniya üzrə dövlət katibi Jan Mari Le Quen yanvarın 10-11-də Azərbaycana səfər edəcək.

Bu barədə "Report" Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

O, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Jan Mari Le Quenin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü də planlaşdırılır.

Fransanın dövlət katibi, həmçinin 2016-cı ilin sentyabrında açılmış Fransa-Azərbaycan Universitetinə (UFAZ) baş çəkəcək.

Xəbərlər