915
Üzbəüz 12 oktyabr — 13:03

"Volodinə və digərlərinə kəskin arqumentlərlə müraciət hazırlamışıq..."

“Milli Məclisin deputatlarının oktyabrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağa səfəri ilə bağlı mövqelərini bölüşürəm. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinə, eyni zamanda digər komitələrə kəskin arqumentlərlə müraciət hazırlamışıq”.

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli belə deyib.

“Bu müraciəti həm mən, həm də Azərbaycan-Rus icmasının sədri Mixayıl Zabelin imzalayacaq. Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya dövlət dumasının xarici əlaqələr komitəsinin sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi.

O, Rusiya hakim partiyasının üzvü olduğuna görə həmin partiyaya da müraciət etmişik. Əmin ola bilərsiniz ki, bu məsələ diqqət mərkəzindədir. Müraciətimizdə qeyd etmişik ki, Rusiya Federal Məclisi Dövlət Dumasının rəhbərliyi üzvlərə prosedur qayda da xəbərdarlıq etsin ki, işğal olunmuş ərazilərə getməsinlər”. (Report)

Xəbərlər