1151
Üzbəüz 10 oktyabr — 13:11

Makqreqorun məşqçisi Nurməhəmmədovu dəstəklədi

MMA üzrə döyüşçü Konor Makqreqorun məşqçisi Con Kavan “PowerfulJRE” YouTube-kanalına müsahibəsində irlandiyalı ilə döyüşdən sonra Həbib Nurməhəmmədovun davasını şərh edib.

“Ümid edirəm ki, Nevada idman komissiyası Həbibi cəzalandırmayacaq. Təkcə Konorla revanş üçün deyil, sadəcə onun döyüşməsi mənim xoşuma gəlir. Onun reaksiyasını başa düşdüm, ancaq yoldaşlarının yox. Həbib sadəcə oktaqondan atılıb, bu, dünyanın axırı deyil”, - deyə məşqçi bildirirb.

Onun sözlərinə görə, Makqreqorun digər məşqçisi Dillon Denis Nurməhəmmədovun komandasına toxunmaq istəməyib: “Mən Dillonun yanında dayanmışdım. Mən onun nə etdiyini görmürdüm, ancaq dəqiq bilirəm ki, pis heç nə deməyib. Ancaq başa düşdüm ki, o, Həbibi təhrik etdi”.

Qeyd edək ki, dağıstanlı Həbib Nurməhəmmədov oktyabrın 6-da Las-Veqasda keçirilən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Döyüşdən sonra Konorun məşqçisi Dillon Denis onun dinini təhqir edib. Buna sərt reaksiya verən H.Nurməhəmmədov oktaqondan kənara atılıb və onu vurub. Davaya hər iki tərəfdən komanda üzvləri və azarkeşlər də qoşulub.

Xəbərlər