904
Üzbəüz 14 sentyabr — 21:57

Avrasiya İqtisadi Komissiyası Polad Bülbüloğlunun müraciətinə cavab verdi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Avrasiya İqtisadi Komissiyasının rəsmi məcmuələrində dərc olunmuş xəritələrdə Dağlıq Qarabağ ərazisinin Ermənistanın tərkibinə daxil edilməsi ilə bağlı komissiyanın rəhbərliyinə Azərbaycan tərəfinin narahatlığını çatdırıb.

Bu barədə virtualaz.org-a səfirliyin mətbuat xidmətindən məlumat veriblər.

Bildirilir ki, səfir təşkilatın məcmuələrində yerləşdirilmiş təxribat xarakterli məlumata dair Azərbaycan tərəfinin narahatlığını ifadə edərək, məsələnin araşdırılmasını və müvafiq tədbirlərin görülməsini xahiş edib.

Təşkilatdan verilən məlumata əsasən, narahatlığın haqlı olduğu vurğulanıb və buraxılan səhvlərin tezliklə aradan qaldırılacağı, bu cür vəziyyətin yaranmasının səbəblərinin araşdırılacağı, təqsirli şəxslərin cəzalandırılacağı bildirilib.

Xəbərlər