683
Üzbəüz 14 sentyabr — 20:18

Cənubi və Şimali Koreya cüdoçuları Bakıda vahid komanda ilə çıxış edəcəklər

Cənubi və Şimali Koreya Azərbaycanda keçiriləcək cüdo üzrə dünya çempionatında qarışıq komandaların yarışında iştirak üçün birgə komanda yaradır. Bu barədə Koreya Cüdo Assosiasiyası bəyanat yayıb.

Qeyd olunur ki, Şimali Koreyadan olan 4 kişi və 3 qadın cüdoçu cənubi koreyalı həmkarları ilə birgə çempionatın son günü baş tutacaq qarışıq komandaların yarışında iştirak edəcək.

Birgə komanda Koreya yarımadasının təsvir olunduğu bayraq altında iştirak edəcək.

Kişi və qadın komandaların yarışlarında isə Cənubi Koreya və Şimali Koerya ayrı-ayrı komandalarla iştirak edəcək.

Qeyd edək ki, cüdo üzrə 32-ci dünya çempionatı sentyabrın 20-27-də Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.

Xəbərlər