586
Üzbəüz 14 sentyabr — 17:57

İran təyyarə istehsal edən məşhur şirkəti məhkəməyə verəcək

İran dünyaca məşhur təyyarə istehsalçısı olan ATR konsernini beynəlxalq məhkəməyə verəcək.

Bu sözləri İran parlamentinin komitə sədri Məhəmmədrza Rezayi deyib. Onun sözlərinə görə, İran ilə konsern arasında 400 milyon dollar dəyərində müqavilə imzalanıb. Müqaviləyə əsasən ATR İrana 20 sərnişin təyyarəsi satmalı idi. Konsern ötən iki il ərzində İrana yalnız 13 təyyarə satıb. ABŞ “nüvə razılaşması”ndan birtərəfli qaydada çıxaraq İrana qarşı iqtisadi sanksiyaları bərpa etdikdən sonra konsern müqavilənin şərtlərini pozub və qalan 7 təyyarəni istehsal edib İrana satmaqdan imtina edib.

M.Rezayi bildirib ki, ATR konserni istənilən vəziyyətdə imzaladığı müqavilənin şərtlərinə əməl etməlidir. Əgər müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edirsə, onda İrana kompensasiya ödəməlidir.

ATR konserni hələlik İranın iddialarına cavab verməyib. Lakin cari ilin iyulunda konsernin icraçı direktoru Kristian Şerer bəyan edib ki, İran ilə imzalanmış müqavilənin pozulması nəticəsində konsernə külli miqdarda maddi ziyan dəyəcək. (AzərTAc)

Xəbərlər